Keçmişdə də Ermənistan Respublikası iki dəfə demarkasiya və sərhəd Təhlükəsizliyi üzrə birgə komissiyanın iclasına başlamağa hazır olduğunu bildirib, lakin bu görüş Azərbaycan tərəfindən təxirə salındı.
“Təbii sual yaranır - Azərbaycan niyə belə təəssürat yaratmağa çalışır? Cavabım birmənalıdır: bu yolla onlar Ermənistana, Artsaxa qarşı yeni müharibənin legitimliyini toplamağa çalışırlar.
Eyni vəziyyət yollar və kommunikasiyalar məsələsindədir, Azərbaycan belə təəssürat yaratmağa çalışır ki, Ermənistan regionda kommunikasiyaları açmaq, üçtərəfli bəyanatın müddəalarını həyata keçirmək istəmir, lakin reallıq isə tam fəqlidir, məhz Azərbaycan Ermənistana qarşı blokada siyasəti aparıb”,- Paşinyan deyib.