Parisdə işgüzar səfərdə olan ER-nin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Minsk qrupunun fransalı həmsədri Bris Rokvo ilə görüşüb.
Görüş zamanı həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında hərtərəfli və davamlı həllinin zəruriliyini müzakirə edib və vurğulayıblar.
A. Qriqoryan həmsöhbətini regional təhlükəsizlik vəziyyəti, mümkün çağırışlar və onların həlli ilə bağlı erməni tərəfinin yanaşmaları barədə məlumatlandırıb.
Təhlükəsizlik Şurasının katibi Bris Rokvoya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair Brüssel prosesi haqqında da məlumat verib.