İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Rəsmilər ikitərəfli əməkdaşlığın müxtəlif sahələrinə dair məsələləri müzakirə ediblər.
Görüşdə Türkiyənin Suriyadakı hərəkətləri, Cənubi Qafqazdakı vəziyyət, “3+3” formatı, Ukrayna münaqişəsi, nüvə danışıqları mövzularına da toxunulub.
İranın xarici işlər naziri bəyan edib ki, İranın uzunmüddətli əməkdaşlıq sənədi üzərində işləmək təklifi Türkiyə tərəfinə veriləcək.