ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağla bağlı müzakirənin keçirilməsinə dair amerikalı həmkarının təklifini qəbul etməyib.
Bu barədə ABŞ dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun "Twitter" hesabında məlumat verilib.
“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Dağlıq Qarabağın gələcəyini müzakirə etmək üçün danışıb. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etməyib. Biz Minsk qrupunun fəaliyyətinin davamını gözləyirik”, - qeyd olunub.