Ermənistan Baş naziri Nikol Paşinyan ATƏT Minsk qrupunun fəaliyyətinə toxunub. Nikol Paşinyan xatırlatdı ki, 2021-ci ilin aprelin 19-da Rusiya Federasiyasına səfər etdi və səfər nəticələri ilə Rusiya Prezidenti ilə birgə bəyanat imzalanıb.
“Bu bəyanatda qeyd olunur ki, biz Dağlıq Qarabağ münaqişəsinin həllində əməkdaşlıq etməliyik, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin beynəlxalq mandatına uyğun olaraq onun potensialından istifadə etməliyik”,- Paşinyan deyib.
ER baş naziri qeyd etdi ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən üç ölkə var və onların hər üçü öz öhdəliklərini bir daha təsdiqləyib.