İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Türkiyəyə səfər edib. Bu barədə İran hökumətinin "Twitter" hesabında bildirilib.
"Türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə Hüseyn Əmir-Abdullahianın başçılıq etdiyi nümayəndə heyəti Tehrandan Ankaraya yola düşüb.
O, ikitərəfli əlaqələri, həmçinin regional və beynəlxalq sahədə İran-Türkiyə əməkdaşlığını müzakirə edəcək” - deyə paylaşımda qeyd olunub.