Moldova Prezidenti Maya Sandu Ukraynanın paytaxtı Kiyevdə işgüzar səfərdədir.
Bu barədə Moldova Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Moldovanın dövlət başçısı ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək. Eyni zamanda M.Sandu ölkənin Borodyanka, Buça və İrpen şəhərlərini ziyarət edəcək.