“Çərşənbə axşamı NATO baş katibinin xahişi ilə Madriddə Prezidentimizin iştirakı ilə Türkiyə, NATO, İsveç və Finlandiyanın iştirakı ilə dördtərəfli sammit keçiriləcək”.
Bunları Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
“Bu sammit olacaq. Tədbirdə iştirak etməyimiz mövqeyimizdən geri çəkilmək anlamına gəlmir”, - Türkiyə rəsmisi vurğulayıb.
"Fikrimizcə, müzakirə etdiyimiz məsələləri bir nöqtəyə gətirmişik, oradan geriyə addım atmağımız müzakirə mövzusu deyil. Bunu qarşı tərəfə çatdırdıq. "Top artıq meydançanın sizə aid tərəfindədir" dedik. Dünən baş katibin xahişindən sonra Prezidentimiz “yaxşı, dostlarımız getsin, bir də tur etsinlər”, - dedi. Oradan Madridə gedəcəyik”, - İbrahim Kalın vurğulayıb.