Fransaya səfəri çərçivəsində iyunun 27-də ER Baş nazirinin həyat yoldaşı Anna Hakobyan Nitsada Alp-Maritimin Departament Şurasında olub, Maliyyə Komitəsinin sədri, deputat Erik Sioti ilə görüşüb. Bu barədə ER baş nazirinin həyat yoldaşı Anna Hakobyanın ofisi məlumat yayıb.
Görüş zamanı Anna Hakobyan və Erik Sioti Ermənistan-Fransa çoxtərəfli münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Sioti qeyd edib ki, Baş nazirin həyat yoldaşının jurnalist fəaliyyətindən müharibə illərindəki fəaliyyətinə qədər keçdiyi yolu yüksək qiymətləndirirlər․
Departament Şurasında Anna Hakobyan yerli erməni icmasının nümayəndələri ilə də görüşüb, Ermənistan-diaspora əlaqələrinin inkişafı ilə bağlı məsələləri müzakirə edib və orada olanları Ermənistana səfərə dəvət edib.