İyunun 24-də ER müdafiə naziri Suren Papikyan Moskvada MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Gündəliyə daxil olan 20-dən çox məsələ, o cümlədən beynəlxalq hərbi-siyasi proseslər, MDB-yə üzv dövlətlərin təhlükəsizlik mühiti üçün artan təhlükələr və çağırışlar müzakirə edilib.
Şuranın 2023-cü il üçün fəaliyyət planı razılaşdırılıb.
İclasın yekunu olaraq MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının bütün qərarları, habelə MDB Müdafiə Nazirləri Şurasının 30 illik yubileyinə həsr olunmuş birgə bəyanat imzalanıb.
Ermənistan-Rusiya hərbi əməkdaşlığının tam gündəliyini və əlaqələrin müttəfiq xarakterini nəzərə alaraq, avqustda Moskvada ER müdafiə naziri Suren Papikyan və Rusiyanın müdafiə naziri Sergey Şoyqunun görüşünün təşkili barədə əlavə razılıq əldə olunub.