İyunun 24-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Artsax dövlət naziri Artak Beqlaryanla görüşüb.
Həmsöhbətlər 2020-ci ildə Azərbaycanın təcavüzü nətocəsində Artsaxda yaranan vəziyyət və humanitar problemlərin aradan qaldırılması prosesi müzakirə ediblər.
Xüsusilə, Dağlıq Qarabağ əhalisinin, o cümlədən məcburi köçkün əhalinin hüquqlarının məsələsinin qaldırılması, onların üzləşdiyi problemlərin həlli istiqamətində beynəlxalq arenada göstərilən səylərə toxunublar. Bu kontekstdə Ararat Mirzoyan və Artak Beqlaryan müharibənin humanitar, sosial-iqtisadi nəticələrinin tam və hərtərəfli aradan qaldırılması üçün beynəlxalq humanitar təşkilatların yerlərdə maneəsiz iştirakının zəruriliyini vurğulayıblar.
Həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli həlli perspektivləri barədə fikir mübadiləsi apararaq, Ermənistan və Artsaxın səylərinin uyğunlaşdırılmasının vacibliyini vurğulayıblar.