İyunun 24-də Rusiyanın paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 80-ci yubiley iclası başlayıb.
Məlumata əsasən, iclası Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıb.
Onun sözlərinə görə, tədbirin formatı MDB çərçivəsində tərəfdaşlıq dairəsini genişləndirməyə, eləcə də hərbi təhlükəsizlik maraqlarına uyğun səmərəli qərarlar qəbul etməyə imkan verir: “Çətin hərbi-siyasi şəraitdə əyani görüşün keçirilməsi belə tədbirlərimizin vacibliyini vurğulayır".