Ermənistan Baş prokuroru Artur Davtyan Belarusa səfəri zamanı Rusiya və Azərbaycanın Baş prokurorları ilə görüşəcək.
Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, bu gün Minskdə MDB Baş prokurorlarının Koordinasiya Şurasının 32-ci iclası keçiriləcək.
Baş prokurorların əldə olunmuş razılaşmaların reallaşdırılmasını müzakirə edəcəyi gözlənilir.