Əfqanıstan Paktika və Xost əyalətlərində baş verən zəlzələ nəticəsində 920-dən çox insan həlak olub, 610 nəfər yaralanıb. Paktika vilayətində kəndlərdən biri tamamilə dağıdılıb. Bu barədə yerli KİV məlumat yayıb.
“Taliban” hərəkatının Nazirlər Kabineti zəlzələdən zərər çəkənlərə yardımın göstərilməsi imkanlarını müzakirə etmək üçün fövqəladə iclas keçirib. İlkin məlumatlara görə, zəlzələnin maqnitudası 6,1 bal olub.