Moskvada Rusiya və Türkiyənin müdafiə nazirliklərinin nümayəndələri Ukrayna taxılı ilə bağlı böhranı müzakirə ediblər.
İyunun 21-də Moskvada Rusiya Federasiyası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
Rusiya və Türkiyə Müdafiə nazirliklərinin nümayəndə heyətləri Mariupol limanından, o cümlədən Türkiyənin “Azov Concorde” quru yük gəmisinin çıxışını təmin etməyə imkan verən ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıblar.
Rusiya ilə Türkiyə arasında məsləhətləşmələrin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.