Media məsələləri qanun, söz azadlığı və jurnalistlərin hüquqlarına hörmət əsasında həll edilməlidir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanda “RİA Novosti”nin bloklanması ilə bağlı “Lurer”in sualına cavabında deyib.
“Biz yaranan problemləri tərəfdaşlarımızla ikitərəfli formatda həll edirik” – deyə Rusiya XİN-in sözçüsü bildirib.
Zaxarova ümid etdiyini bildirib ki, belə hadisələr mümkün qədər az qeydə alınacaq, ikitərəfli münasibətlər həm də media sahəsində inkişaf edəcək.