Ermənistanla Azərbaycan ayrı-ayrı sərhədyanı hissələrində vaxtaşırı baş verən insidentlər sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın planlı və müntəzəm işinin aktuallığını və vacibliyini təsdiq edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Biz delimitasiya ilə bağlı ikitərəfli komissiyanın ikinci iclasını ən yaxın vaxtda Moskvada keçirməyə hazırıq. Tərəflər ikinci iclasın Moskvada keçirilməsi barədə mayın 24-də razılaşıblar”- deyə o qeyd edib.
Zaxarovanın sözlərincə, sərhəddə sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi ilə bağlı addımların atılması vacibdir.