AŞPA-da ER parlamentinin nümayəndə heyətinin üzvü Sona Qazaryan AŞPA-nın plenar iclasında çıxış edib və Azərbaycanda ermənifobiyanın yayılmasına toxunub.
O qeyd edib ki, qonşuluqda yaşayan cəmiyyətə böyük bir nifrətin yayılması və təbliği təhlükəlidir. O vurğulayıb ki, həll olunmamış münaqişə - Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda ermənilərə sistemli nifrət təbliği daha təhlükəlidir.
“Müharibəni tərifləyən, əsirlikdə olan erməni hərbçiləri təsvir edən, insan ləyaqətinin alçaldan Bakı Parkı hadisəsini siz yaxşı bilirsiniz. Hətta məktəbliləri də parka aparırdılar. Bu, dövlət tərəfindən dəstəklənən nifrət irqçiliyi hadisəsi idi. Erməni hərbçilərin manikenləri yalnız Ermənistan Beynəlxalq Məhkəməyə ərizə təqdim etdikdən sonra çıxarılıb”,-deyə Qazaryan bildirdi.
O əlavə etdi ki, Beynəlxalq Ədalət Məhkəməsi bəyan edib ki, Azərbaycanda məhz məmurlar və qeyri-hökumət təşkilatları ermənilərə qarşı nifrəti qızışdırır və təbliğ edir.
“Düşünürəm ki, Avropa Şurası və Parlament Assambleyası da dövlət səviyyəsində nifrət nitqi, irqçilik, ksenofobiya məsələsini qaldırmalı və öz adı ilə adlandırmalıdır. Biz bununla birlikdə mübarizə aparmalıyıq, çünki nifrət civə kimi zəhərlidir, onu töküləndən sonra toplamaq çox çətindir”, - deyə Sona Qazaryan bildirib.