Minskdə Ermənistan və Rusiyanın baş nazirləri Nikol Paşinyan və Mixail Mişustinin görüşü baş tutub.
Rusiyanın baş naziri çıxışında vurğulayıb ki, Rusiya qardaş Ermənistanla xüsusi əlaqələrini yüksək qiymətləndirir.
“Biz ikitərəfli əməkdaşlığın genişləndirilməsində, yeni istehsalın yaradılmasında maraqlıyıq, müxtəlif sahələrdə, ilk növbədə, sənaye, enerji, nəqliyyat, rəqəmsallaşma sahələrində birgə layihələri təşviq edirik.
Biz həmçinin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin razılığına uyğun olaraq Cənubi Qafqazda nəqliyyat və iqtisadi infrastrukturun blokunun açılmasına xüsusi diqqət yetiririk. Praktiki iş baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində həyata keçirilir. Onun növbəti sessiyası Sankt-Peterburq İqtisadi Forumu zamanı baş tutub”- deyə Rusiyanın baş naziri qeyd edib.
Öz növbəsində baş nazir Paşinyan Verin Lars keçid məntəqəsinin məsələsinə toxunaraq regional infrastrukturun açılmasının, bütün regionun blokunun açılmasının vacibliyini bildirib.
“Mən bir daha Azərbaycan Respublikasının həmsədri ilə bu məsələlərdə çox intensiv işləyən Aleksey Overçuka və Mher Qriqoryana təşəkkür etmək istərdim. Ümid edirəm ki, görülən işlər konkret qərarların qəbulu ilə nəticələnəcək, çünki bilirsiniz ki, regionda iqtisadi və nəqliyyat infrastrukturunun açılması bütün region ölkələri üçün vacibdir. İndiki şəraitdə bunun xüsusi əhəmiyyəti var”- deyə Nikol Paşinyan qeyd edib.