İyunun 15-də Ermənistanın İspaniyadakı səfirliyi və Madridin Komplutens universitetinin əməkdaşlığı ilə “Ermənistan: hazırda və gələcəkdə” adlı tədbiri keçirilib. Tədbir çərçivəsində Ermənistanın ölkədəki səfiri Sos Avetisyan çıxış edib.
Səfir Avetisyan Ermənistanın xarici siyasətinin əsas istiqamətləri və çağırışları, Artsax məsələsi və münaqişənin nizamlanması prosesi, Erməni Soyqırımının beynəlxalqcasına tanınması prosesi və Ermənistan-Türkiyə dialoqunun hazırkı mərhələsini təqdim edib.
Səfir həmçinin səfirliyin prioritetləri və proqramları barədə məlumat verib. Çıxışdan sonra səfir tədbir iştirakçılarının suallarını cavablandırıb.
Tədbir çərçivəsində həmin universitetin müəllimləri Fransisko Suryan, Xuliyeta Vardapetyan-Kabral, Gohar Xaçatryan da çıxış ediblər.