Böyük Britaniya hökuməti Rusiyaya əlavə sanksiyalar tətbiq etməkdə qətiyyətlidir və Moskva Ukraynadan tam çəkilənədək buna davam edəcək.
Bunu Böyük Britaniya xarici işlər naziri Liz Trass parlamentdə deyib.
“Biz daha çox silah tədarük etməkdə, daha çox sanksiyalar tətbiq etmədə və öz ərazilərindən Rusiyanı çıxarması üçün Ukraynanı dəstəkləməkdə qətiyyətliyik”, - XİN rəhbəri qeyd edib.