Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə 21-22 iyun tarixlərində Daşkəndə dövlət səfərinə gedəcək. Bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, danışıqların yekunlarına görə sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiyalar, turizm və s. sahələrdə əməkdaşlığa dair ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur.