İyunun 19-da Rusiyanın sabiq dövlət katibi və Baş nazirin birinci müavini olmuş 77 yaşlı Gennadi Burbulisin meyti Bakıda qaldığı oteldə tapılıb. Hadisə ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən bildirilib.
G.Burbulis 1945-ci ildə avqustun 4-də anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiyanın ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.