ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin başçılıq etdiyi nümayəndə heyəti iyunun 18-də ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin müşayiəti ilə Erməni Soyqırımı Memorialını ziyarət edib.
Qonaqları Erməni Soyqırımı Muzey-İnstitutunun elmi işlər üzrə direktor müavini Edita Qzoyan qarşılayıb. O, qonaqlara ötən əsrin sonlarında Azərbaycanda erməni əhalisinə qarşı etnik təmizləmə zamanı həlak olmuş ermənilərin xatirəsinə həsr olunmuş və Tsitsernakaberd ərazisində yerləşdirilmiş üç xaçkarın hekayəsini təqdim edib.
Edita Qzoyan həmçinin Artsax məsələsinin tarixi və hüquqi tərəflərinə toxundu, Azərbaycanın anti-erməni hərəkətlərini və təbliğatını təqdim etdi.
Edita Qzoyan qonaqları Erməni Soyqırımı Memorialının yaradılması tarixi ilə tanış edib.
Donfrid Erməni Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, sonra ABŞ nümayəndə heyətinin üzvləri əbədi məşəl önünə gül dəstələri qoyublar və günahsız qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.