İyunun 17-də siyasi məhbusların ailə üzvləri Birləşmiş Millətlər Təşkilatının Bakı nümayəndəliyinin qarşısında aksiya keçiriblər. Onlar bütün siyasi məhbusların azad edilməsini və vətəndaşların siyasi motivlərlə təqib olunmasına son qoyulmasını tələb ediblər.
"Biz buraya gəldik ki, Birləşmiş Millətlər Təşkilatına, həmçinin xarici dövlətlərin səfirliklərinə xatırladaq ki, Azərbaycan həbsxanalarında 100 siyasi məhbus saxlanılır. Onlar öz jurnalist işinə, yaxud siyasi baxışlarına, sosial şəbəkələrdə tənqidi yazılarına görə həbs olunublar", - Polad Aslanovun xanımı Gülmirə Aslanova bildirib.
Onun sözlərinə görə, siyasi məhbuslara həbsxanalarda da təzyiqlər davam edir.