ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Yerevandadır.
Bu barədə ABŞ-in Ermənistandakı səfirliyinin məlumatında deyilir.
Səfər çərçivəsində Dövlət katibinin köməkçisi Donfrid bu gün ER Baş naziri Nikol Paşinyan və digər rəsmiləri ilə görüşəcək.
“ABŞ-in Ermənistan və Azərbaycanın beynəlxalq sülhün bərqərar olması üçün diplomatik səylərinə dəstəyi müzakirə olunacaq”, - ABŞ səfirliyinin bəyanatında deyilir.