İyunun 17-də Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Grigoryanın sədrliyi ilə KTMT Təhlükəsizlik Şurası Komitəsinin növbəti iclası keçirilib. KTMT-yə üzv dövlətlərin təhlükəsizlik çağırış və təhdidlərinin neytrallaşdırılması tədbirləri, KTMT regionunda birgə antiterror əməliyyatları ilə bağlı prioritet məsələlər müzakirə edilib.
ER-nın Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan Cənubi Qafqazda yaradılmış təhlükəsizlik mühitindən danışıb.
O xüsusilə qeyd edib ki, region hələ də çağırışlarla doludur və bu, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmaması, Dağlıq Qarabağ məsələsi ilə şərtlənir. Təhlükəsizlik Şurasının katibi regionda təhlükəsizlik vəziyyətinin sabitləşdirilməsi və mövcud çağırışların neytrallaşdırılması ilə bağlı Ermənistranın yanaşmalarını da təqdim edib.
Grigoryqan mayın 28-də Azərbaycan qoşunlarının atəşkəs rejimini pozması və nəticədə ER Silahlı Qüvvələrinin hərbçisinin həlak olması faktını qeyd edərək, Azərbaycan tərəfindən atəşkəs rejiminin pozulmasını yolverilməz hesab edib.
Regional kommunikasiya kanallarının açılmasına toxunan Təhlükəsizlik Şurasının baş katibi qeyd edib ki, Azərbaycan vaxtaşırı Ermənistan ərazisindən keçən dırnaqlararası “nəqliyyat dəhlizi”nin açılması məsələsini qaldırır. Armen Grigoryan bir daha qeyd edib ki, Ermənistan Respubliksaının ərazisindən dəhliz məntiqi ilə hər hansı nəqliyyat marşrutu keçə bilməz.
O, həmçinin vurğulayıb ki, Ermənistan, Rusiya və Azərbaycanın bütün üçtərəfli bəyanatlarına əsasən, dəhlizlərdən söhbət getmir.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan qeyd edib ki, münaqişə hələ də həll olunmayıb, problemin hərtərəfli həlli ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində verilməlidir.