ER xarici işlər naziri Ararat Mirzoyan bugünkü mətbuat konfransında bildirib ki, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç ilə görüşündə DQ münaqişəsinin nizamlanması prosesi, 2020-ci ildə Artsaxa qarşı təcavüzün nəticələri, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasına dair məsələlərə toxunub.
"Mən xüsusilə vurğulamışam ki, 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsini güc yolu ilə həll etməyə cəhd etməklə, eləcə də Ermənistanın suveren ərazisinə zorla daxil olmaqla Azərbaycan Avropa Şurası üzvlüyü ilə götürdüyü öhdəlikləri kobud şəkildə pozub və bu Avropa Şurası və üzv-dövlətlər tərəfindən müvafiq reaksiya almalıdır”- deyə ER Xİ naziri qeyd edib.
Ermənistanın xarici işlər naziri bəyan edib ki, o, Ermənistan hökumətinin regionda sabitlik və sülhün bərqərar olması üçün səylər göstərməyə hazır olduğunu bir daha təsdiqləyib.
“Bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin həlli fundamental xarakter daşıyır və bura Artsax xalqının təhlükəsizliyinin, bütün hüquqların təmin edilməsi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə bağlı yekun qərarın əsas məqamları daxil olacaq.
Artsax xalqı hamı ilə eyni hüquqlara malikdir və münaqişə zonasında olmaq faktı Artsax xalqını universal əsas hüquqlarından məhrum edə bilməz"- deyə Mirzoyan qeyd edib.