Baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurası Katibləri Komitəsinin üzvlərini: Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Grigoryanı, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşyevi, Belarusun Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviçi, Qazaxıstan Təhlükəsizlik Şurasının katibi Gizat Nurdauletovu, Qırğızıstan TŞ katibi Marat İmankulovu, Tacikistan TŞ katibi Nasrullo Maxmudzodanı və KTMT-nin baş katibi Stanislav Zası qəbul edib.
ER Baş naziri ötən ilin mayında Azərbaycan SQ tərəfindən Ermənistan ərazisinə zorla daxil olmasına toxunaraq Ermənistanın KTMT-yə müraciət etdiyini xatırladıb.
“Bu məsələni müzakirə etməliyik, çünki bu, həm bizim, həm də təşkilat üçün çox fundamental məsələdir”.
Bu məsələ ilə bağlı Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası olmadığına dair bəyanatları təhlükəli adlandıran baş nazir qeyd edib:
“Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında konkret sərhəd var, çünki 1991-ci ildə Müstəqil Dövlətlər Birliyi yarananda dövlətlərarası saziş imzalanıb və bu sazişdə açıq şəkildə qeyd olunub ki, ölkələr bir-birinin mövcud sərhədlərini qarşılıqlı şəkildə tanıyır.Bu, sovet dövrünün inzibati sərhədlərini nəzərdə tutur, məncə, bizim üçün bu başlanğıc nöqtəsi olmalıdır. Bu vəziyyətin əks şəhri, məncə, KTMT-nin effektivliyini azaldacaq.
Ümid edirəm ki, bu görüşdə və sizin iclasınız zamanı qeyd olunan nüanslar da müzakirə olunacaq. Mən bu yaxınlarda KTMT-nin Moskvada keçirilən qeyri-rəsmi sammitində bu məsələni qaldırdım. Biz müzakirəyə başlamışıq və bir daha KTMT-nin baş katibinə tapşırmaq istərdim ki, bu məsələni bizim nizamnamə sənədlərimizə uyğun təşkil etsin, çünki regionumuzda vəziyyət stabil gərgindir. Amma Azərbaycan rəsmilərinin açıqlamaları xəbərdarlıq olmalıdır, məncə, bu məsələni KTMT formatında müzakirə etməliyik”.