Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç bugünkü mətbuat konfransı zamanı bildirib ki, Ermənistan ilə Azərbaycan arasında barışığa yönəlmiş təşəbbüsləri alqışlayır.
“Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında bir sıra görüşlər və delimitasiya komissiyasının işi barədə kimi bəyanatlar məni ruhlandırır. Biz barışığa nail olmalıyıq. Bu istiqamətdə bütün təşəbbüslər alqışlanır və dəstəklənməlidir.
Bu mənada mən şadam ki, Ermənistanın ilə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında ilk etimad quruculuğu görüşü mayın 16-18-də Avropa Şurasının himayəsi altında Venesiyada baş tutub. İştirakçılar dialoqu davam etdirmək və mümkün qarşılıqlı təşəbbüslər üzərində işləmək barədə razılığa gəliblər"- deyə o deyib.
Avropa Şurasının baş katibi təşəbbüsü dəstəklədiyinə görə Ermənistan hakimiyyətinə təşəkkür edib.