İyunun 16-da "Tərtər işi" ilə bağlı həbs olunan şəxslərin yaxınları Azərbaycanın Hərbi Prokurorluğun inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər. Onlar məsələnin ədalətli araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb ediblər.
Azərbaycan KİV-in yaydığı məlumata əsasən, aksiya iştirakçıları qeyd edib ki, həmin işi üzrə həbsdə olan hərbiçilər günahsız ola-ola işgəncələrə məruz qalıblar.
Onlar müttəhimlərin azadlığa buraxılmasını tələb ediblər. "6 aydır istintaq gedir, mənim oğlum günahsızdır, niyə hələ də həbsdədir?"- deyə aksiya iştirakçılarından biri qeyd edib.
Etirazçılar həmçinin hərbi prokuror Xanlar Vəliyevin istefasını tələb ediblər. Aksiya iştirakçıları bunu yenilənmiş istintaqın obyektiv aparılması üçün zəruri olduğu ilə izah ediblər.
Qeyd edək ki, 2017-ci ilin yazında bir qrup hərbiçi və mülki şəxs Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq və Azərbaycan Müdafiə Nazirliyinin bölmələrinə qarşı təxribat hazırlamaq ittihamı ilə həbs edilib. Bu iş üzrə istintaq və məhkəmə prosesləri qapalı keçirilib. İstintaq zamanı səkkiz nəfərə ölüncəyədək əziyyət edilib, beş nəfər ölümündən sonra bəraət alıb.
2021-ci ilin dekabrında günahsız zərərçəkənlərin və məhkumların yaxınlarının çoxsaylı etirazları səbəbindən "Tərtər işi" üzrə istintaq yenidən başlayıb, işgəncələrə məruz qalan 397 nəfəri zərərçəkmiş kimi tanıyıb, əsassız olaraq mühakimə edilmiş 16 nəfərin barəsində hökm ləğv edilib.