Almaniyanın kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi Ukraynaya səfər ediblər.
Bu barədə İtaliyanın “RaiNews24” telekanalı məlumat yayıb.
“Avropa liderləri artıq Ukrayna ərazisindədirlər”, - səhər xəbər buraxılışının aparıcısı bildirib.
Qeyd edək ki, daha öncə “Bild am Sonntag” nəşri Ukrayna və Fransa hökumət dairələrindəki mənbələrə istinadən 3 Avropa liderinin Ukraynaya səfər edəcəyinə dair məlumat yaymışdı. Daha sonra jurnalistlər onların Ukraynanın paytaxtına iyunun 16-da səhər qatarla gəlməli olduqlarını öyrəniblər.
Təhlükəsizlik səbəbi ilə bu səfərlə bağlı rəsmi məlumat verilməyib.