Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 16-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 1 qərarını da elan edib.
Məhkəmə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb.
“Ramiz Cəfərov Azərbaycana qarşı” – iş ərizəçiyə prokurorluq orqanlarında işlədiyi illərə görə xüsusi pensiya təyin edilməsindən imtina olunması ilə əlaqədar olub.
Məhkəmə ona təqdim edilmiş bütün materialları incələdikdən sonra bütövlükdə məhkəmə prosesinin uzunluğunun həddən artıq olması, ağlabatan müddət tələbinə cavab vermədiyi və 6-cı maddənin 1-ci bəndinin pozulması qənaətinə gəlir.
Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2000, xərc və məsrəflərə görə 1000 avro təzminat ödəməlidir.