Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.
Bu barədə Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Lavrovun Bakıya işgüzar səfərinin iyunun 23-24-də baş tutacağını söyləyib.
Zaxarovanın sözlərincə, Azərbaycan prezidenti və Azərbaycan XİN başçısı ilə görşləri gözlənilir.
"Görüşlərdə ikitərəfli münasibətlərin gələcək inkişafına dair bütün kompleks məsələlərə baxılacaq. Eləcə də, regional və beynəlxalq gündəmdə olan aktual məsələlər müzakirə olunacaq"- deyə o qeyd edib.