İyunun 14-də “Bağramyan” poliqonunda N saylı hərbi hissənin bölmələrinin cəlb olunduğu komanda-qərargah hərbi təlimləri başlayıb.
Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.
Müəyyən edilmiş müddət ərzində şəxsi heyət istiqamətlərə uyğun olaraq əvvəlcədən müəyyən edilmiş ərazilərində yerləşib, silah-sursat və hərbi texnikanı döyüş vəziyyətinə gətiribdir.
Təlimin ssenarisinə əsasən, bölmə komandirlərinə şərti döyüş tapşırıqları verilib, hərəkətlərin ardıcıllığı dəqiqləşdirilib.