Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın fəaliyyəti Rusiya sülhməramlıları kontingentinin məsuliyyət zonasında olan Dağlıq Qarabağın Askeran rayonunun Parux kəndi ilə heç bir əlaqəsi yoxdur. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Eyni zamanda, ümid edirik ki, komissiyanın fəaliyyətə başlaması və geişmiqyaslı işlərin aparılması Bakı və Yerevan arasında etimadın yüksəlməsinə və həm Ermənistan-Azərbaycan sərhədində, həm də sülhməramlıların məsuliyyət zonasında insidentlərin qarşısını almağa kömək edəcək”- deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın ikinci iclasına dair suala cavab verərək Zaxarova qeyd edib:
"Biz mayın 24-də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın birinci iclasının keçirilməsini alqışlamışıq. Razılaşdıq ki, ikinci görüş Moskvada keçirilsin. Biz ən yaxın vaxtda bu görüşü təşkil etməyə hazırıq, erməni və azərbaycanlı tərəfdaşlarımızdan görüşün tarixi ilə bağlı təkliflər gözləyirik"- deyə Rusiya XİN rəsmisi vurğulayıb.