ER Parlamentinin sədri Alen Simonyan İran İslam Respublikası Məclisinin sədri Məhəmməd Bağır Qalibafın dəvəti ilə İranda rəsmi səfərdədir. Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 15-də İran parlamentinin sədri ilə görüşüb.
Görüşə görə minnətdarlığını bildirən ER Parlamentinin sədri həmkarını Yerevana qarşılıqlı səfərə dəvət edib.
Ermənistan və Azərbaycan arasında aparılan danışıqlara toxunan Məhəmməd Bağır Qalibaf öz mövqeyini bildirərək, iki ölkənin ərazi bütövlüyünün qorunub saxlanmasını və davamlı sülhün bərqərar olmasını vurğulayıb.
İkitərəfli görüşdən sonra iki ölkənin parlament rəhbərlərinin mətbuat konfransı keçirilib.
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ilə mətbuat konfransı zamanı Alen Simonyan xüsusilə qeyd edib ki, iki ölkə arasında tərəfdaşlıq minillik dostluq və qonşuluğa əsaslanır və hər iki tərəf tərəfdaşlığı bütün istiqamətlərdə dərinləşdirməyə hazır olduğunu bildirib.
“Biz regional hadisələri ətraflı müzakirə etdik. Təbii ki, mən Dağlıq Qarabağa qarşı son Azərbaycan-Türkiyə təcavüzü və onun nəticələrinə toxunmuşam.
Qeyd etmışəm ki, müharibədən sonra hərbi əsirlərin qaytarılması, Azərbaycanın nəzarəti altına keçmiş ərazilərdə erməni tarixi-mədəni və dini dəyərlərinin qorunub saxlanması kimi bir çox humanitar məsələlər qalıb.
Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzü bizim regional sabitlik və təhlükəsizliyə yönəlmiş səylərimizi təhlükə altına qoyur. Bu baxımdan biz İranın Ermənistanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı ilə bağlı mövqeyini yüksək qiymətləndiririk.
Təbii ki, bugünkü görüşümüzdə diqqət çəkən məqamlardan biri də son zamanlar nəqliyyat tranzit çağırışları və onların aradan qaldırılması yolları olub”- deyə ER Parlamentinin sədri qeyd edib.