İrlandiya və Norveçin xarici işlər nazirləri Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyunun 14-16-da İrlandiyanın müdafiə və xarici işlər naziri Saymon Koveney və Norveçin xarici işlər naziri Anniken Huitfeldt Türkiyədə səfərdə olacaqlar.
Onlar səfərləri çərçivəsində Hatay və Ankaraya baş çəkəcəklər.
Türkiyə XİN-dən bildirilib ki, xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarları ilə görüşəcək. Görüşlərdə Türkiyə ilə qarşılıqlı münasibətlər, İrlandiya və Norveçin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müvəqqəti üzvlüyü çərçivəsində Suriyaya transsərhəd humanitar yardım başda olmaqla, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.