Avropa Şurasının Venesiya Komissiyası 17-18 iyun tarixli iclasında Azərbaycanın ötən ilin sonunda qəbul edilmiş media haqqında qanununu müzakirə edəcək. Bu barədə Venesiya Komissiyasının saytında dərc edilmiş məlumatda deyilir.
Venesiya Komissiyasının ekspertlər qrupu Azərbaycanın media haqqında yeni qanununun Avropa Şurasının standartlarına uyğunluğunu tədqiq ediblər və bu məsələ ilə bağlı rəy hazırlayıblar.
“Bu rəy komissiyanın qapalı iclasında müzakirə ediləcək və qəbul ediləcək. Ekspert rəyinin hazırlanmasını fevralın 2-də AŞPA-nın Monitorinq Komitəsi tələb edib”, deyə məlumatda bildirilir.
Qapalı iclasda qəbul edilən qərarlar iyunun 20-də KİV-də açıqlanacaq.
Qeyd edək ki, Azərbaycanın media hüquqları üzrə müstəqil ekspertləri yeni qanunun Azərbaycanın beynəlxalq öhdəliklərinə və KİV azadlığı sahəsində standartlara uyğun olmadığını hesab edirlər.