Qətərdə rəsmi səfərdə olan Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan “Al Jazeera” telekanalına müsahibə verib. Nikol Paşinyan Cənubi Qafqazda baş verən proseslərə, Dağlıq Qarabağ münaqişəsinə, Türkiyə ilə münasibətləri və digər mövzulara toxunub.
Nikol Paşinyan müsahibədə qeyd etdi ki, delimitasiya komissiyasının Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur.
“Dediyim kimi, bizim Azərbaycanla müxtəlif ünsiyyət sahələrimiz var, bunlardan biri də sərhədlərin müəyyənləşdirilməsi ilə bağlıdır. Sərhəd təhlükəsizliyi məsələsini də qeyd etmək çox vacibdir, çünki bu da bu komissiyanın mandatındadır, çünki biz bütün sərhəd boyu sabitliyi və təhlükəsizliyi qorumalıyıq”,- Nikol Paşinyan qeyd etdi.
Nikol Paşinyan Ermənistan ərazisindən keçəcək sözdə dəhliz məsəkləsinə də toxonub. Baş nazir qeyd etdi ki, Ermənistan üçünqondarma dəhlizlə bağlı ifadələri qəbulolunmazdır.
“Bu, bizim üçün qırmızı xəttdir, çünki qeyd etdiyim kimi üçtərəfli bəyanata görə, bizim regionumuzda bir dəhlizimiz var,bu da Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçin dəhlizidir”,- o vurğuladı.
Nikol Paşinyan müsahibəsində İran, Gürcüstanla münasibətlərə də toxunub. O bildirdi ki, hazırda İran və Ermənistan arasında kommunikasiyaların inkişafı üzərində işlənilir:
“Hazırd Gürcüstanla sərhədimizi İranla sərhədə birləşdirən Şimal-Cənub adlı çox strateji magistralın tikintisi prosesindəyik”.