Ermənistan Respublikasının Baş nazir müavini Mher Qriqoryan Rusiya səfirliyi tərəfindən Rusiya günü münasibətilə təşkil olunan tədbirdə iştirak etdi. Mher Qriqoryan qeyd etdi ki, Rusiya dövlətinin müasir tarixində bu bayram həyatın bütün sahələrində əsaslı dəyişikliklərlə qeyd olunur. Rusiya isə bu çətin yolu təkbaşına keçib.
“Ermənistan və Rusiya xalqlarını çoxlu dərin bağlar birləşdirir və bu, ikitərəfli əməkdaşlıq baxımından nümunəyə çevrilərək, ölkələrimizin dövlətlərarası münasibətlərinin qurulması üçün möhkəm təməl yaradır.
Ermənistanla Rusiya arasında diplomatik münasibətlərin qurulması xalqlarımızın çoxəsrlik dostluğunun müasir tarixində yeni səhifə açdı, onun üzərində böyük hərflərlə Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi yazılır. Bu ildə müqavilənin 25-ci illiyini qeyd ediririk.
Ermənistan-Rusiya müttəfiqlik münasibətləri hərbi-siyasi əməkdaşlıq, Avrasiya İqtisadi Birliyi, KTMT, MDB və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli sıx əməkdaşlıq, ticarət-iqtisadi, enerji, nəqliyyat və digər mühüm sahələrdə uğurlu ikitərəfli əməkdaşlıq ilə fərqlənir.
Bu gün bizim birgə səylərimiz strateji əməkdaşlığın yeni perspektiv sahələrinin kəşfinə yönəlib.
Əminəm ki, birgə səylərlə biz müttəfiqlik münasibətlərini genişləndirə, onu Ermənistan və Rusiya vətəndaşlarının mənafeyi naminə yeni təşəbbüslərlə zənginləşdirə biləcəyik.
Sizi bir daha bayram münasibətilə təbrik edir, qardaş Rusiyaya firavanlıq arzulayıram”, - Mher Qriqoryan qeyd etdi.