ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald Azərbaycana səfəri çərçivəsində iyunun 13-də Azərbaycan KİV-lərinin nümayəndələri ilə görüşüb.
Turan agentliyinə əsasən, görüşdə "Ayna-Zerkalo" nəşrinin redaktoru Elçin Şıxlinski, müstəqil jurnalist Aytən Məmmədova və Turan İnformasiya Agentliyinin direktoru Mehma Əliyev iştirak ediblər.
Görüşdə müasir jurnalistika məsələləri haqqında fikir mübadiləsi aparılıb.