Qətər Dövlətində rəsmi səfərdə olan Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Əl-Mürreyhi ilə görüşüb.
Görüş zamanı həmsöhbətlər xarici siyasət sahəsində Ermənistanla Qətərin əlaqələrinin gələcək inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Nikol Paşinyan Qətərin ərəb dünyasındakı rolunu vurğulayıb, Ermənistan hökumətinin müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsində və dərinləşməsində maraqlı olduğunu qeyd edib.
Görüşdə Cənubi Qafqaz regionunda baş verən proseslərlə bağlı məsələlərə də toxunulub.