Rəsmi səfərlə Dohada olan ER Baş naziri Nikol Paşinyan Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Tani ilə görüşüb.
Görüş zamanı Qətər Dövlətinin Baş naziri Ermənistan Respublikasının baş nazirinin rəsmi səfərinin vacibliyini qeyd edib, iki dost ölkə arasında çoxtərəfli əməkdaşlığın zəruriliyini vurğulayıb.
Baş nazir biznes əlaqələrinin inkişaf etdirilməsi və dərinləşdirilməsini vacib sayıb və erməni tərəfdaşları ilə birgə investisiya proqramlarının imkanlarını və perspektivlərini müzakirə etmək üçün Qətər biznes ictimaiyyətinin nümayəndələrini Ermənistana dəvət edib.
Nikol Paşinyan vı Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Tan iqtisadiyyat, o cümlədən informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat infrastrukturu, ticarət, hava əlaqəsi, turizm sahələrində əməkdaşlığın inkişafı ilə bağlı geniş spektrli məsələləri müzakirə edib. Təhsil, o cümlədən tələbə mübadiləsi, elm, səhiyyə və mədəniyyət sahələrində əməkdaşlıq imkanları da müzakirə olunub. Yuxarıda qeyd olunan bütün istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.
Görüşün nəticəsi olaraq Qətərin baş nazirlərinin iştirakı ilə Ermənistanla iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
Bu gün baş nazir Paşinyan Qətər İnvestisiya Agentliyinin direktoru Mənsur Əl-Mahmudla da görüşəcək.