Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 13-də Qətər Dövlətinə ikigünlük rəsmi səfər edib. Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Baş nazirin Qətər Dövlətinin ali rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
Görüşlərin gündəliyində iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsi olacaq.