Qətər Dövlətində rəsmi səfərdə olan ER-nın baş naziri Nikol Paşinyan Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.
Baş nazir Paşinyanı salamlayan Qətər əmiri Ermənistan və Qətər arasında mehriban qonşuluq münasibətlərini və qarşılıqlı etimadı yüksək qiymətləndirərək, Qətər tərəfinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında və möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Nikol Paşinyan səmimi qəbula görə təşəkkür edib və bu səfərin Ermənistan-Qətər əməkdaşlığına, o cümlədən iqtisadiyyat və humanitar sahələrdə yeni təkan verəcəyinə əminliyini bildirib.
Ermənistanın baş naziri və Qətər əmiri iki dost ölkə arasında əməkdaşlığın böyük potensialını, əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə qarşılıqlı hazır olduqlarını vurğulayıblar.
Tərəflər xüsusilə iqtisadiyyat, informasiya texnologiyaları, elm, hava rabitəsi, turizm, mədəniyyət sahələrində əlaqələrin inkişafını vurğulayıblar.
Nikol Paşinyan ölkəmizdəki biznes mühitinə toxunaraq qeyd edib ki, Ermənistan hökuməti Qətər şirkətlərinin öz alətləri çərçivəsində mümkün investisiya proqramlarını həyata keçirməsinə dəstək verməyə hazırdır.
Ermənistanın baş naziri Qətər əmirini Ermənistana rəsmi səfərə dəvət edib və bu, məmnuniyyətlə qəbul edilib.