ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Kara Makdonald Azərbaycana gəlib.
İyunun 13-15-də o, dövlət məmurları , hüquq müdafiəçiləri, müstəqil KİV-lərin və siyasi partiyaların nümayəndələrilə görüşlər keçirəcək. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin məlumatında deyilir.
Makdonald Dövlət Departamentində Avropa, Cənub və Mərkəzi Asiya Bürosunun işinə, həmçinin çoxtərəfli məsələlər üzrə qrupa kuratorluq edir.
Demokratiya, İnsan Hüquqları və Əmək Məsələləri Bürosu qanunun aliliyi, insan haqları və əsas azadlıqlar daxil olmaqla, universal dəyərləri dəstəkləyir.