İyunun 14-15-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Bolqarıstanda işgüzar səfərdə olacaq.
Səfər çərçivəsində ER xarici işlər nazirinin Bolqarıstan Respublikasının Prezidenti, Baş Naziri, Milli Assambleyasının sədri və xarici işlər naziri ilə görüşləri nəzərdə tutulub.
Ermənistan və Bolqarıstan XİN başçıları mətbuata bəyanatla çıxış edəcəklər.