Robert Ğukasyan Syunik icra hakimiyyətinin başçısı kimi 100 günlük işinə yekun vurur.
İcra hakimiyyətinin başçısına sərhəddəki vəziyyətlə bağlı sual verilib.
“Mən əminəm ki, Azərbaycan tərəfi delimitasiya və demarkasiya nəticəsində Ermənistanın suveren ərazisindən geri çəkilməlidir. Ümid edirəm ki, bu, mümkün qədər tez baş verəcək, çünki ictimaiyyət üçün də xəttin nəhayət harada olacağını bilmək çox vacibdir"- deyə Ğukasyan bildirib.
Qoşunların güzgü variantında geri çəkilməsinə dair də məsələ qaldırılıb.
“Mən o mütəxəssis deyiləm, əlbəttə ki, qoşunların güzgü variantda geri çəkilməsinin nə qədər düzgün və ya yanlış olacağını o qədər dərindən öyrənə bilməzdim. Hər halda, hazırda düşünürəm ki, bütün səylərimizin indi yönəldildiyi demarkasiya və delimitasiya prosesinə qədər sərhədin sakit olması çox vacibdir” - deyə Ğukasyan bildirib.