Ermənistan Respublikası Parlamentinin “Mülki müqavilə” fraksiyasının katibi, Ermənistan-Çexiya dostluq qrupunun rəhbəri Artur Hovhannisyan və Avropaya inteqrasiya məsələləri üzrə daimi komissiyanın sədr müavini Meri Galstyan Praqaya səfəri çərçivəsində Çexiya Senatının sədrinin birinci müavini Yirji Rujiçka ilə görüşüb.
Hərbi əsirlərin qaytarılması, ötən il mayın 12-dən Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisinə soxulması, Dağlıq Qarabağda Azərbaycanın nəzarəti altına keçmiş ərazilərdə tarixi və mədəni abidələrin dağıdılması ilə bağlı məsələlər müzakirə edilib.
Yirji Rujiçka Ermənistanda həyata keçirilən demokratik prosesləri və erməni tərəfinin regionda sülhün bərqərar olmasına yönəlmiş səylərini yüksək qiymətləndirib.
ER Parlamenti və Çexiyanın Senatı arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələlər də müzakirə olunub.